Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Britaniya hökuməti şəxsi məlumatları ictimailəşdirdi-üzr istədi

Britaniyalı rəsmilər 1000-dən çox adamın ev ünvanlarının səhvən ictimailəşdirilməsinə görə üzr istəyib.

Yenixeber.org: Ev ünvanları ictimailəşdirilən şəxslər arasında müğənnilər Elton Con və Olivia Nyuton-Con da var.

Siyahıya, həmçinin, “Oskar” mükafatı alan şəxslər, siyasətçilər, diplomatlar, məşhur idmançılar da daxildir.

Qeyd edək ki, cümə günü hökumət Yeni il münasibətilə mükafatlandırılan şəxslər barədə məlumat verərkən ev ünvanları yarım saat onlayn olaraq yayımlanıb.

“Bu məlumatlar qısa zaman ərzində silindi. Biz təsirə məruz qalanların hamısından üzr istəyirik və bunun necə baş verdiyini araşdırırıq”, - deyə Britaniya Hökumətinin Ofisinin açıqlamasında bildirilib.

Britaniyanın İnformasiya Komissarlığı İdarəsi də məsələ ilə bağlı araşdırma aparıldığını bildirib. Şəxsi məlumatların yayımlanmasına görə cərimələrin tətbiq olunacağı istisna edilmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam