Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bu ölkədə koronavirus şübhəsi ilə 12 nəfər xəstəxanaya yerləşdirilib –Açıqlama

 

Türkiyənin Kappadokiya bölgəsində səfərdə olan 10 çinli turist və 2 Türkiyə vətəndaşı koronavirusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Yenixeber.org: RİA “Novosti” xəbər verir ki, bu barədə Aksaray valisi Əli Mantı mətbuat konfransında bildirib.

“Xəstəliyin simptomları turistlərdən birində ortaya çıxıb, həkimlər onunla təmasda olan daha 9 nəfəri, həmçinin bələdçi və avtobus sürücüsünü ehtiyat tədbiri olaraq nəzarətə götürüblər”, – o, deyib.

Şübhəlilərdən götürülən analizlər ölkənin Səhiyyə Nazirliyinə göndərilib. Nəticələr əldə olunana qədər turistlər yerli xəstəxananın xüsusi yoluxucu xəstəliklər şöbəsində olacaq.

Xatırladaq ki, Çinin Dövlət Səhiyyə Komitəsinin son məlumatına görə, yeni növ koronavirusa yoluxanların ümumi sayı 4515 nəfərə çatıb, onlardan 106 nəfəri ölüb.

Qeyd edək ki, Çinin materik hissəsindən kənarda Honkonq, Makao, Tayvan, Tayland, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada yoluxma halları qeydə alınıb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam