Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Prezident İlham Əliyev Vasif Talıbovu qəbul etdi, Ali Məclis sədrinə “Şərəf” ordeni təqdim olundu –FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib.

Yenixəbər.org: Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında görülən işlər barədə dövlət başçısına məruzə edib.

O, 2019-cu ildə Naxçıvanda sosial-iqtisadi, kənd təsərrüfatı, tikinti, turizm və digər sahələrdə qazanılan uğurlardan danışıb və bütün bu uğurların əldə olunmasında Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğını dərin minnətdarlıq hissi ilə qeyd edib.

Prezident İlham Əliyev Naxçıvanda 2019-cu ildə əldə olunmuş uğurlar münasibətilə Vasif Talıbovu təbrik edib. Dövlət başçısı Naxçıvan Muxtar Respublikasının inkişafı və təhlükəsizliyi məsələlərinin daim onun diqqət mərkəzində olduğunu vurğulayaraq prezidentlik dövründə 14 dəfə Naxçıvana səfər etməsini bu diqqətin təzahürü kimi dəyərləndirib.

Bu ilin yanvar ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Vasif Talıbov 60 illik yubileyi münasibətilə “Şərəf” ordeni ilə təltif edilib. Bu gün Prezident İlham Əliyev “Şərəf” ordenini Vasif Talıbova təqdim edib.

Vasif Talıbov onun fəaliyyətinə verilən yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam