Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Seçkilər beynəlxalq ictimaiyyət tərəfindən maraqla izlənilir” -MSK sədri

 
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qarşıdan gələn Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək üçün Azərbaycan Respublikasında səfərdə olan Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə görüşüb.
Yenixeber.org: MSK-dan saytımıza verilən məlumata görə, qonaqları salamlayan sədr Məzahir Pənahov Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə görüşdən məmnunluğunu ifadə edib.

Sədr rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla əməkdaşlığa hər zaman mühüm əhəmiyyət verdiyini və Azərbaycanda keçirilən seçkilərin daim yerli və beynəlxalq ictimaiyyət tərəfindən maraqla izlənildiyini vurğulayıb.

MSK-dakı səmimi qəbul üçün təşəkkürlərini bildirən nümayəndə heyətinin üzvləri bir neçə gündən sonra Milli Məclisə keçiriləcək seçkilərlə bağlı son hazırlıq işləri ilə maraqlanıblar. MSK sədri Məzahir Pənahov qonaqların suallarını ətraflı cavablandıraraq ölkə vətəndaşlarının aktiv və passiv seçki hüquqlarının yüksək səviyyədə təmin olunması üçün atılmış addımları diqqətə çatdırıb və bildirib ki, builki seçkilərin də azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün imkanlar yaradılıb.

Görüş çərçivəsində həmçinin, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam