Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Fəzail Ağamalı və Qənizadənin dairəsindən şikayətlər... -DSK

Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında quruma daxil olan şikayətlər qiymətləndiriləcək.

Yenixeber.org: Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bir neçə dairənin adını çəkərək, onlar barədə ciddi şikayətlərin olduğunu və bunlara qiymət veriləcəyini bildirmişdi.

Rəsmi prosedura görə, seçkidən sonrakı 3 gün müddətində şikayətlər dairə seçki komissiyalarına göndərilməlidir. Maraqlıdır, MSK-nın ciddi müraciətlərlə bağlı araşdırma apardığı deyilən dairələrdə DSK-lara hansı müraciətlər daxil olub və neçə məntəqə ilə bağlı tədbir görülüb?

M.Pənahovun adını çəkdiyi dairələrdən biri - 60 saylı Salyan-Neftçala seçki dairəsinin sədri Fuad Muradov saytımıza bildirib ki, sədrlik etdiyi dairə ilə bağlı şikayət verilməyib:

“Bizə indiyə qədər seçki prosesi ilə bağlı hər hansısa şikayət daxil olmayıb. Mərkəzi Seçki Komissiyasına daxil olan şikayətlər barədə isə bir söz deyə bilmərəm”.

80 saylı İmişli-Beyləqan seçki dairəsinin sədri Rza Əzizov da onlara heç bir şikayət daxil olmadığını bildirib:

“Dünənə qədər dairəyə heç bir şikayət daxil olmayıb. Şikayətlər yalnız Mərkəzi Seçki Komissiyasına edilib”.

Qeyd edək ki, 60 saylı Neftçala-Salyan seçki dairəsinin qalibi Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, 80 saylı İmişli-Beyləqan seçki dairəsinin qalibi isə Çingiz Qənizadədir.(axar)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam