Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

AMEA magistraturaya qəbul üçün lisenziya alıb

 

“Bu il Azərbaycan Milli Elmlər Akademiyasının magistratura pilləsinə qəbul keçiriləcək”


"Xeberinfo.com":  Məlumata görə, bunu Lent.az-a açıqlamasında AMEA-nın Təhsil şöbəsinin rəisi  Ömər Gülalov qeyd edib.  O vurğulayıb ki, bununla bağlı AMEA prezidenti Akif Əlizadə TQDK sədri Məleykə Abbaszadə ilə danışıqlar aparacaq: “Magistraturaya qəbulun birinci mərhələsi ümumi şəkildə həyata keçirilir. İkinci mərhələdə isə, bakalavrlar seçim edirlər”-deyə, şöbə müdiri əlavə edib.

AMEA rəsmisinin sözlərinə görə, Akademiyanın institutlarının magistraturasına qəbulu həyata keçirmək üçün dövlət başçısından xüsusi razılıq alınıb: “AMEA-nın magistraturasına qəbul elə-belə aparılmır. Bununla bağlı Təhsil Nazirliyindən də lisenziya almışıq”.

Qeyd edək ki, AMEA prezidenti Akif Əlizadə bir müddət əvvəl keçirdiyi mətbuat konfransında bu ilin fevralında AMEA-nın magistraturasına 7 ixtisas üzrə qəbul elan ediləcəyini bildirsə də, TQDK sədri Məleykə Abbaszadə "Təhsil haqqında" qanunda elmi müəssisələrin magistraturasına qəbulla əlaqədar maddə olmadığını əsas gətirərərk bunu təkzib etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam