Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Anar Əsədlinin şikayətinə baxıldı, -daha 2 məntəqə ləğv edildi

 
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Əsədli Anar Əsəd oğlunun müraciətinə baxılıb.
Yenixeber.org: Müraciət barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

O bildirib ki, şikayətçi pozuntuların olduğunu əsas gətirərək müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Araşdırmamız zamanı bəlli olub ki, təqdim edilən 48 və 50 saylı məntəqələrin protokollarında pozuntular var. Ona görə həmin məntəqələrin nəticələri ləğv edilməli, şikayət qismən təmin edilməlidir”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, MSK-nın 20 fevral 2020-ci il tarixli iclasında Nazim Azadoğlu və Faiq Kərimovun müraciəti əsasında 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59 saylı seçki məntəqələrinin nəticələri də ləğv edilib. Bununla da 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində nəticələri ləğv edilən məntəqələrin sayı 13-ə çatıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam