Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bu ölkədə saxta spirtli içkidən ölənlərin sayı 73 nəfərə çatdı

İranda saxta alkoqollu içkidən 73 nəfər ölüb, 500-dən çox insan zəhərlənib.

Yenixeber.org: Bu barədə Əhvaz Tibb Elmləri Universitetinin sözçüsü Əli İhsanpur məlumat verib.

Onun sözlərinə görə, martın 6-dan sonra saxta içki istehlak edən 500-dən çox insan zəhərlənmə diaqnozu ilə xətəxanaya yerləşdirilib.

Ə.İhsanpur bildirib ki, Xuzistan əyalətində saxta spirtli içkidən ölənlərin sayı 46 nəfərə çatıb.

Məlumata əsasən, İranın Əlborz əyalətində 15, Mazandaranda 12 nəfər saxta alkoqollu içkidən zəhərlənərək ölüb.

Əhvaz prokurorunun müavini Əli Bəyravənd deyib ki, saxta içki araşdırması ilə bağlı 17 nəfər tutulub.

Kərəc prokurorunun müavini Məhəmməd Ağayar bir müddət əvvəl bildirmişdi ki, ölkədə bəzi vətəndaşlar koronavirusa qarşı mübarizədə alkoqollu içkidən istifadəyə üstünlük verir: “Bu isə onların saxta spirtli içki içib ölməsinə səbəb olur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam