Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Diasporumuzun bu ölkələrdəki tədbirləri təxirə salındı-SƏBƏB

 

 

Böyük Britaniyanın paytaxtı London şəhərində Novruz bayramı şənlikləri təxirə salınıb. 

Yenixeber.org: Buna səbəb ölkədə koronavirusun kütləvi şəkildə yayılmasıdır.

Böyük Britaniyada koronavirusa yoluxanların sayı 1 000 nəfərə yaxındır. Mütəxəssislərin fikrincə isə bu rəqəm 5 000 ilə 10 000 arasındadır. Ölkədə 21 nəfəri virusun qurbanı olub.

Bundan başqa, Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində keçiriləcək bütün tədbirlər də koronavirus səbəbindən təxirə salınıb.

Hazırda Fransada infeksiyaya yoluxanların ümumi sayı 5 423-ə, ölənlərin sayı isə 127-yə çatıb. Ölkədə epidemiyanın üçüncü mərhələsinə keçid elan edilib. Dünəndən etibarən ölkədə restoranlar, kafelər, kinoteatrlar, idman zalları, kitabxanalar, yemək məmulatlarından başqa, digər kommersiya məntəqələri və digər ictimai yerlərin fəaliyyəti aprelin 15-nə kimi dayandırılıb. Bu gündən isə bağça, məktəb və ali təhsil ocaqları bağlanıb. Sabahdan ölkədə fövqəaladə vəziyyətin elan olunacağı gözlənilir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam