Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"İstəsəm sərt oğlan olduğumu göstərərəm"- Lukaşenko

"İstəsəm sərt oğlan olduğumu göstərərəm"- Lukaşenko
" Düzünü desəm, bu gün fövqaladə vəziyyət tətbiq edə və prezident seçkiləri öncəsi necə sərt oğlan olduğumu, hər şeyi nəzarətdə saxladığımı göstərə bilərdim".
Yenixeber.org: Bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

"Allah etməsin ki, biz belə bir vəziyyətdə yaşayaq, bir insanın küçələrdə gəzmək, uşağını bir yerə aparmaq imkanını məhdudlaşdırmaq məcburiyyətində qalaq. Bu oyunları oynamaq istəmirəm. İstənilən xəstəliklə mübarizə aparacağıq. Buna görə də koronavirusa görə insanları təcrid etmirəm",-deyə Lukaşenko bildirib.

O qeyd edib ki, indi insanları təcrid etmək üçün heç bir əsas görmür. Onları səhiyyə sistemi qorumalıdır.

Prezident eyni zamanda həkimləri özlərinin də virusun daşıyıcısı olmamaq üçün COVİD-19-a yoluxan xəstələrlə əlaqə qurarkən lazımi tədbirləri görməyə çağırıb.

"Belarusda hər şeyin sakit və rahat olduğunu söyləmək tamamilə axmaqlıqdır. Biz sadəcə panika yaratmırıq. Hər kəs öz işini görür. Bizdə siyasi il olsa da, heç bir siyasi məsələni koronavirus vasitəsi ilə həll etmirik",-Belarus prezidenti qeyd edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam