Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Kim Çen Indən qəribə qadağa

 

                   

  Şimali Koreya lideri Kim Çen In evdə it saxlamağı qadağan edib.
Yenixeber.org: Bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilir ki, Şimali Koreya hökuməti kapitalizmin simvolu olduğu üçün insanları ev itlərini təhvil verməyə məcbur edib.

Ev itlərini burjua ideologiyasının korlanmış tendensiyası adlandıran Kim Çen In onları saxlayan insanların qanunu pozduqlarını deyib. Heyvan sahibləri isə itlərin ölkənin ərzaq qıtlığını aradan qaldırmaq üçün istifadə olunacağından qorxurlar.

KXDR-dən olan bir mənbə Cənubi Koreyanın "Coson İlbo" qəzetinə ev itlərinin zorla götürüldüyünü və evtanizasiya edildiyini, bəzilərinin dövlət zooparklarına göndərildiyini və ya it əti restoranlarına satıldığını bildirib.

Qəzetin yazdığına görə, qadağa Pxenyanın orta təbəqəsinin nümayəndələri üçün gözlənilməz olub.

KİV yazır ki, Cənubi Koreyada it əti artıq populyarlığını itirməkdədir, lakin Şimali Koreyada ona tələbat qalmaqdadır.

BMT-nin məlumatına əsasən, Şimali Koreya əhalisinin 60% -ə qədəri beynəlxalq sanksiyalar nəticəsində ərzaq çatışmazlığı ilə üzləşib. Koronavirus səbəbindən Çin ilə sərhədin bağlanmasından sonra vəziyyət daha da ağırlaşıb.

Şimali Koreya lideri heç bir xarici yardımı qəbul etməyəcəyini və öz gücünə mübarizə aparacağını bəyan edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam