Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

SOCAR Mübariz Mənsimovdan 240 milyon dollarını ala biləcək? -DETALLAR

SOCAR ilə Palmali arasındakı mübahisə tərəflər arasında 2007 və 2008-ci illərdə imzalanmış neft və neft məhsullarının daşınmasına dair müqavilələrdən qaynaqlanır

SOCAR ilə Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübəriz Mənsimov və onun Palmali International Holding şirkəti arasında illərdir davam edən məhkəmə çəkişməsi London mərhələsindən sonra Türkiyədə yeni hüquqi proseslə davam edir.

Yenixeberorg.com: Xatırladaq ki, SOCAR Böyük Britaniyanın paytaxtı Londonda qaldırdığı üç ayrı arbitraj iddiasının hamısında qalib gəlib, Mübəriz Mənsimov isə uzun illər davam edən hüquqi mübahisədə məğlub olub. London Dəniz Arbitrajının qərarlarına əsasən, Palmali şirkəti SOCAR-a ümumilikdə 240 milyon ABŞ dolları ödəməlidir. Lakin Palmali fəaliyyətini Türkiyədə həyata keçirdiyindən, həmin qərarların icrası da məhz bu ölkədə mümkündür. Bunun üçün London arbitrajının qərarlarının Türkiyə ərazisində tanınması tələb olunur.

Türkiyə mətbuatının məlumatına görə, İstanbulun 10-cu Kommersiya Məhkəməsi London Dəniz Arbitrajının Palmali şirkətinin SOCAR-a 44,7 milyon ABŞ dolları ödəməsi barədə qərarını tanıyaraq icrasına qərar verib. Məhkəmə Palmali və Mübəriz Mənsimovun London arbitrajının qərarının tanınmaması ilə bağlı tələblərini rədd edib.

Daha sonra işə İstanbul Regional Məhkəməsində baxılıb. Bu instansiya da Britaniya arbitrajının qərarının tanınması üçün kifayət qədər hüquqi əsasların mövcud olduğu qənaətinə gəlib. Bununla belə, cavabdeh tərəfin iki həftə ərzində apellyasiya şikayəti vermək hüququ saxlanılır.

Qeyd edək ki, SOCAR ilə Palmali arasındakı mübahisə tərəflər arasında 2007 və 2008-ci illərdə imzalanmış neft və neft məhsullarının daşınmasına dair müqavilələrdən qaynaqlanır. Sonradan tərəflər bir-birini öhdəlikləri yerinə yetirməməkdə ittiham edib və 2016-cı ilin dekabrında müqavilələr ləğv olunub.

SOCAR 2018-ci ildə Palmali əleyhinə London Dəniz Arbitrajına müraciət edib. Arbitraj 2021-ci ildə çıxardığı qərarla Mübəriz Mənsimovun şirkətinin təxminən 44,7 milyon ABŞ dolları məbləğində kompensasiya ödəməli olduğunu müəyyənləşdirib. Palmali isə bu qərarı icra etmədiyindən, SOCAR Türkiyədə arbitraj qərarının tanınması və icrası proseduruna başlayıb. 2023-cü ildə İstanbulun 10-cu Kommersiya Məhkəməsi Azərbaycan şirkətinin iddiasını təmin edib.

Palmali həmçinin SOCAR-ın 2023-cü ildə Londonda qaldırdığı digər iddianı da uduzub. Həmin iş üzrə qərar 2026-cı ilin fevralında çıxarılıb. İddia Palmali şirkətinin öhdəliklərini yerinə yetirmədiyinə görə keçmiş tərəfdaşa kompensasiya qismində on tankerin verilməsi ilə bağlı olub.

Məhkəmə iclaslarında Mübəriz Mənsimov və Palmali tərəfdən bir neçə şahid şəxsən ifadə verib. Şirkətin maraqlarını bir sıra Britaniya və ABŞ hüquq şirkətləri, eləcə də britaniyalı hüquqşünaslardan ibarət komanda müdafiə edib.

2026-cı ilin fevralında çıxarılan qərarda üç hakimdən ibarət arbitraj heyəti Palmali şirkətinin qarşılıqlı iddialarının nə hüquqi, nə də faktiki əsaslara söykəndiyini müəyyən edib və onları tam şəkildə rədd edib.

Palmali başqa bir mühüm məhkəmə prosesində də Rusiyanın Sberbankına uduzub. Kredit öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən Sberbank Palmali əleyhinə Maltada iddia qaldırıb. 2023-cü ildə Malta məhkəməsi Palmali qrupuna daxil olan bir sıra Malta gəmiçilik şirkətləri ilə bağlı qərarı Sberbankın xeyrinə çıxarıb.

Məhkəmə müəyyən edib ki, Palmali kredit öhdəliklərindən yayınmaq məqsədilə Malta şirkətlərini qəsdən müflisləşdirməyə yönəlmiş vicdansız maliyyə əməliyyatları həyata keçirib.

Sberbank Palmali Caspian Offshore Project və Palmali Company adlı iki Rusiya şirkətinə Palmali Holding-in zəmanəti ilə dörd kredit ayırmışdı. Bank bu zəmanəti qəbul edərkən Palmali Holding-in Maltadakı törəmə şirkətlər – Palmali International Holding, Palmali International Holding Two, Palmali Logistics, Palriver Shipping, Palocean Shipping və Palsea Shipping vasitəsilə bir neçə gəminin sahibi olduğunu nəzərə almışdı.

Kreditlərin təminatı olaraq Sberbank Mübəriz Mənsimovun şəxsi zəmanətini, onun Türkiyədəki şirkətlərinin təminatını, həmçinin Palmaliyə məxsus gəmilər üzərində Rusiya dəniz reyestrində qeydiyyata alınmış 47 dəniz ipoteka girovunu qəbul etmişdi.

Nəticədə Palmali kreditləri ödəyə bilmədiyindən, Sberbank zaminə qarşı 164 milyon avro məbləğində tələb irəli sürüb. Lakin bu vəsait ödənilməyib. Bundan sonra bank Maltadakı məhkəmələr vasitəsilə Palmali-nin birbaşa törəmə şirkətlərindəki səhmlərinə həbs qoyulmasına dair ilkin qərarlar alıb və Londonda arbitraj prosesinə başlayıb.

Məhz bu araşdırmalar zamanı məlum olub ki, xəbərdarlıq qərarlarının verilməsindən cəmi bir neçə gün sonra Palmali Holding birbaşa törəmə şirkətlərindəki bütün səhmlərini Mübəriz Mənsimova məxsus Türkiyənin Güneşli Deniz Taşımacılığı Sanayi ve Ticaret A.Ş. şirkətinə ötürüb. Bu addım Palmali Holding-in maliyyə vəziyyətini əhəmiyyətli dərəcədə zəiflədib.

Sonradan isə Güneşli Deniz Taşımacılığı Sanayi ve Ticaret A.Ş.-nin səhmləri Mübəriz Mənsimovun digər şirkəti – Türkiyədə qeydiyyatdan keçmiş Palmali Holding AS tərəfindən, Sberbankın Maltada iddia qaldırmasından cəmi bir neçə gün sonra əldə edilib.

Sberbank məhkəmədə sübut edib ki, bu əməliyyat Palmali-nin törəmə şirkətlərinin kapitalını azaltmağa yönəlmiş saxta sövdələşmə olub. Nəticədə Malta bayrağı altında üzən 35 gəmi dolayı yolla Güneşli Deniz Taşımacılığı Sanayi ve Ticaret A.Ş.-nin nəzarətinə keçib.

Sonda məhkəmə Sberbankın xeyrinə qərar qəbul edərək 10 milyon ABŞ dolları məbləğində tranşın banka qaytarılmasını qərara alıb.(haqqin.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam