Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ermənilər qoşunların Qarabağdan çıxarılmasına dair razılaşmanı pozur


 Qarabağ ordusu komandanlığı "Yexnikner" hərbi hissəsinin əsgərlərinin öz mövqelərini tərk etməli olması barədə məlumatları təkzib edib.

Yenixeber.org: "Cümə günü müdafiə ordusunda bildiriblər ki, bu sahədəki ordu bölmələri hərbi növbətçiliyi davam etdirir və davam etdirəcək", - “Sputnik Armenia” bildirib.

Erməni mənbələrinə görə, bu hərbi hissə Qarabağın şimalında Tonaşen kəndi yaxınlığında yerləşir.

Əgər məlumat həqiqətəuyğundursa və separatçıların hərbi komandanlığı Qarabağdan çıxmaq barədə müddəaları yerinə yetirməkdən imtina edirsə, o zaman Rusiya sülhməramlıları işə qarışmalıdır. 10 noyabr sazişinə əməl olunmasına nəzarət etmək vəzifəsi onlara həvalə olunub. Sülhməramlılar bunu etməsələr, Azərbaycan Silahlı Qüvvələri üçtərəfli sazişin icrasını təmin etmək hüququna malikdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam