Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ERMƏNİSTAN ORDUSU ZƏNGƏZURUN XİNZİRƏK KƏNDİ ƏTRAFINDAN GERİ ÇƏKİLDİ -Mövqeləri Azərbaycan sərhədçiləri tutub

Bu gün səhər saatlarından etibarən Ermənistanda Zəngəzurun (Sünik vilayəti) Nerkin Xndzoreks (Xinzirək) kəndinə “azərbaycanlıların daxil olması” barədə şaiyələr dolaşırdı. Bildirilirdi ki, sərhədlərin GPS koordinatlarının köməyi ilə müəyyənləşdirilməsi prosesi zamanı həmin kəndin ətrafındakı ərazilərin bir hissəsi Azərbaycanın nəzarətinə keçib. Lakin erməni rəsmiləri bu xəbərləri təsdiqləmirdi. 

Yenixeber.org: Nəhayət axşam saatlarında kənd icmasının rəhbəri Yervand Malunts təsdiq edib ki, Xinzirək kəndi istiqamətindəki mövqelərdən bir neçəsi sərhədlərin müəyyənləşdirilməsi prosesi nəticəsində Azərbaycana keçib. 

 

 

Həmin mövqelərdə dayanmış erməni hərbçiləri geri çəkiliblər, onların yerini azərbaycanlı hərbçilər tutublar. Nəticədə hazırda kəndin evləri ilə Azərbaycan sərhədçilərinin mövqeləri arasında məsafə cəmi bir neçə yüz metr təşkil edir.

Xinzirək kəndi Azərbaycanın Qubadlı rayonu ilə həmsərhəddir. Bundan əvvəl Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi zamanı erməni tərəfi Şurnux kəndinin bir hissəsindən də çəkilməli olub. Çünki sovet dövrü xəritələrində həmin kəndin ərazisinin bir hissəsi Azərbaycanın tərkibinə daxil idi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam