Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Xankəndi bu tarixdə Bakının tam nəzarətinə keçəcək – MəlikyanRuben Məlikyan

 

           İnsanlar artıq açıq şəkildə danışır ki, iyunda Xankəndi Bakının nəzarətinə keçəcək.

 Yenixeber.org: Bu barədə Qarabağdakı erməni separatçılarının keçmiş “ombudsmanı” kimi təqdim edilən Ruben Məlikyan azərbaycanlı fəal Əhməd Şahidovun bu barədə açıqlamasına reaksiyasında yazıb.

“Hesab edirəm ki, ortada sadə bir azərbaycanlı-türkonikol (Nikol Paşinyan nəzərdə tutulur – red.) anlaşması mövcuddur. İnsanlar artıq bu barədə açıq şəkildə danışırlar ki, iyunda Xankəndi Bakının nəzarətinə keçəcək.

Qısaca desək:

1. Hər şey edilməlidir ki, “türkonikol” seçkilərdə mümkün qədər az səs alsın;

2. Bütün güc sərf olunmalıdır ki, seçkilərin saxtalaşdırılmasının qarşısı maksimum alınsın;

3. Anlamaq lazımdır ki, istənilən türkonikol – düşməndir”, – o bildirib.

Qeyd edək ki, ictimai fəal Əhməd Şahidovun sosial şəbəkə hesabında “iyunda Xankəndi Bakının tam nəzarətində olacaq – istər güc, istərsə sülh yolu ilə” sözləri Ermənistanda müzakirələrə səbəb olub. “10 noyabr bəyanatında aydın şəkildə yazılıb ki, Xankəndi və digər şəhərlər tədricən Azərbaycan Ordusunun nəzarətinə keçəcək. Nikol Paşinyandan soruşun” – Ə.Şahidov yazıb.

Bunun ardınca Qarabağ separatçıları təkzib yayıblar və Xankəndini “rus sülhməramlıları və “artsax ordusu”nun qoruduğunu” elan ediblər.

20 iyunda Ermənistanda növbədənkənar seçkilər keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam