Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İşğalın qarşısını türk PUA-ları alacaq: “Qarabağda da sübut olundu ki...” - ABŞ nəşri

İşğalın qarşısını türk PUA-ları alacaq: “Qarabağda da sübut olundu ki…” – ABŞ nəşri

Ukraynanın Rusiyanın mümkün işğalına qarşı ən böyük strateji kozırı Türkiyədən satın alınan “Bayraktar” pilotsuz uçan aparatlarıdır.

 Yenixeber.org: Bu barədə Amerikanın “Defence One” nəşri yazıb.

“Bayraktar”ların Ukraynanın mühafizəsinin mərkəzində dayandığı bildirilən məqalədə ABŞ-ın da bu strategiyaya davamlı maliyyə dəstəyi verməsi lazım olduğu vurğulanıb.

Nə ABŞ-ın, nə də Avropa Birliyinin sərhəddə qoşun toplayan Rusiyanı geri çəkə bilməyəcəyi qeyd edilən məqalədə deyilib ki, türk PUA-ları keçən il Qarabağda 44 gün davam edən Azərbaycan-Ermənistan savaşında nə qədər təsirli olduqlarını sübut ediblər.

Bundan əvvəl Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin deyib ki, NATO-nun Rusiya ilə irimiqyaslı silahlı qarşıdurma hədəfi var.

Ukrayna gərginliyinin müzakirə ediləcəyi kritik sammitin qrafiki də müəyyənləşib. Rusiya yanvarın 10-da ABŞ-la, 12-də NATO ilə danışıqlara başlayacaq. Avropa Birliyi ilə geniş toplantı isə yanvarın 13-də keçiriləcək.

Yayımlanan yeni peyk görüntüləri Rusiya-Ukrayna sərhədi yaxınlığında əlavə qoşun və hərbi texnikaların yerləşdirildiyini göstərir. Görüntülərdə piyadaların döyüş maşınları, tanklar, artilleriya və hava hücumundan müdafiə vasitələrinin Krımın Bağçasaray şəhərinə hərəkəti əks olunub./teleqraf/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam