Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Türkiyə Suriyaya ordu qurmağa kömək edəcək

 

Türkiyə Suriyanın yeni hakimiyyətinə 300 minlik nizami ordu yaratmaqda kömək edəcək.

Yenixeber.org xəbər verir ki, bu barədə Suriyanın yeni rəhbərliyini təmsil edən general Əhməd Osman "Turkiye" qəzetinə bildirib.

"Məqsədimiz bir il yarım ərzində 300 minlik ordu yaratmaqdır. Ölkə daxilindəki mürəkkəb vəziyyət bunu zəruri edir", - o bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə 70-80 min nəfərlik silahlı qüvvələrin özəyi formalaşdırılacaq və qısa müddətdə onların sayı 150-200 min nəfərə çatacaq.

"Yaradılacaq orduya İdlibdən "Həyat Təhrir əş-Şam" qruplaşmasının təxminən 40 min üzvü, "Suriya Xalq Ordusunun" 50 min əsgəri, həmçinin keçmiş prezident Bəşər Əsəd rejiminin cinayətlərinə qarışmayan hərbçilər və kəşfiyyat əməkdaşları daxil olacaq. Bu mərhələdə Türkiyənin hərbi dəstəyi müstəsna əhəmiyyət kəsb edir", - Ə.Osman qeyd edib.

Qəzetin yazdığına görə, türk hərbi kontingenti Suriya ərazisində beş əhəmiyyətli nöqtədə yerləşdiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam