Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

3 məşhur partiya BİRLƏŞİR

Türkiyənin 3 məşhur partiyası BİRLƏŞİR

Türkiyənin üç məşhur partiyası birləşmək barədə razılığa gəlib.

Yenixeber.org: Türkiyə mətbuatı xəbər verir ki, Gələcək, Səadət və DEVA partiyaları vahid partiyada birləşəcək.

Üç partiyanın sədri cümə axşamı bir araya gələrək partiyanın adını, loqosunu və təsisçilərini müəyyən edəcək.

Partiyanın yaradılması ilə bağlı müraciətin cümə günü Daxili İşlər Nazirliyinə təqdim edilməsi planlaşdırılır.

DEVA Partiyasının sədri Əli Babacan, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu və Səadət Partiyasının sədri Mahmud Arıkan tərəfindən yaradılacaq çətir partiyanın korporativ kimliklərini qoruyacaq və hazırkı liderlər partiyalarının başında qalacaqlar. Ancaq millət vəkilləri yeni partiyanın çətiri altında qruplar yaradaraq Türkiyə Böyük Millət Məclisində təmsil olunacaqlar.

Çətir partiyanın loqosunun dəqiqləşdirildiyi və adı ilə bağlı böyük konsensusun əldə edildiyi bildirilir.

Partiya adı üçün "Demokratiya üçün Birlik", "Türkiyə üçün Birlik" və "Yeni Yol" adları ön plana çıxıb.

Sədrlərin "Yeni Yol Partiyası" adında razılığa gəldiyi bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam