Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Livan prezidenti: İsrail yanvarın 27-dək ölkənin cənubunu tərk etməlidir

 

İkitərəfli atəşkəs razılaşmasında nəzərdə tutulduğu kimi, İsrail yanvarın 27-dək Livanın cənubunu tərk etməlidir.

Yenixeber.org xəbər verir ki, bunu ölkənin Prezidenti Cozef Aun Beyrutda İspaniyanın müdafiə naziri Marqarita Robleslə görüşündə deyib.

Onun sözlərinə görə, İsrailin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi sərhədyanı ərazilərdə gərginliyin davam etməsinə səbəb olacaq, təcavüz zamanı dağıdılmış yaşayış məntəqələrinin bərpası və oradakı köçkünlərin geri qayıtması prosesini ləngitəcək.

Prezident qeyd edib ki, Livanın haqlı tələbi yanvarın 16-18-də Beyrutda səfərdə olan BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən tam dəstəklənib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam