Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub

Nərimanov rayonu, Əliyar Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb, sakinlər təxliyə olunub
Yenixeberorg.az: Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının şaxtasında elektrik naqillərində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
Yanğın nəticəsində binanın şaxtasında elektrik naqilləri və zirzəmi hissəsində elektrik lövhəsi yanıb.









AZ
RU