Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Rusiya tərəfində vuruşan iki Çin vətəndaşı əsir götürülüb -RƏSMİ AÇIQLAMA

Zelenski Rusiya tərəfində vuruşan iki Çin vətəndaşının əsir götürüldüyünü bildirib - VİDEO
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfində vuruşan iki Çin vətəndaşının əsir götürüldüyünü bildirib.

Yenixeber.org: Ukrayna lideri özünün “Telegram” kanalında əsir götürülmüş Çin vətəndaşının görüntülərini yayıb.

Ukrayna Prezidentinin sözlərinə görə, Çin vətəndaşları Donetsk vilayətinin ərazisində əsir götürülüblər. Onlardan sənədləri və bank kartları götürülüb.

Əsir götürülmüş Çin vətəndaşları Ukrayna Təhlükəsizlik Xidmətindədirlər.

Zelenski qeyd edib ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin bölmələrində Çin vətəndaşlarının sayının “ikidən xeyli çox” olduğu barədə məlumat var.

“Mən Ukraynanın xarici işlər nazirinə dərhal Pekinlə əlaqə saxlamağı və Çinin buna necə reaksiya verəcəyini öyrənməyi tapşırmışam”, - Zelenski əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam