Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Ərdoğanın yenidən namizəd ola bilər...

Ərdoğanın yenidən namizəd olması gündəmdə...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının dünənki görüşündə diqqət çəkən mövzular müzakirə olunub.
Yenixeber.org: Ərdoğanın yenidən prezidentliyə namizədliyi ilə bağlı konstitusiya dəyişikliyi təklifi Türkiyə mediasında ən çox danışılan mövzulardan birinə çevrilib.

Media Ərdoğanın fevralın 6-da ürək qapağı dəyişdirilən Baxçalı ilə dünən öz iqamətgahında 35 dəqiqəlik söhbəti gündəm edib.

Prezident Ərdoğan və Baxçalı bu il ikinci dəfədir görüşürlər. Yanvarın 9-da Baxçalının iqamətgahında keçirilən ilk görüş təxminən 40 dəqiqə sürmüşdü. Prezident Ərdoğanın avqustun 30-da “Daxili cəbhəmizi möhkəm tutaq” mesajından sonra Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisində etdiyi tarixi İmralı çağırışı ilə yeni prosesə start verib.

Liderlərin 117 gündən sonra dünənki görüşündə əsas gündəm “Terrordan azad Türkiyə” hədəfinə doğru atılacaq addımlar, PKK-nın özünü dağıtma prosesi, Suriya və İraqda terrorla mübarizə əməliyyatları olub.

Baxçalının daha əvvəl bəyan etdiyi “Prezident Ərdoğanın yenidən namizədliyini irəli sürmək üçün konstitusiya dəyişikliyi təklifi” ittifaq tərəfdaşları arasında ən çox müzakirə olunan mövzuya çevrilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam