Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

27 il sonra müdafiə nazirinin müavininin qətlinin üstü açıldı

Ermənistanda 27 il sonra müdafiə nazirinin müavininin qətlinin üstü açılıb
Ermənistanda 27 ildən sonra müdafiə nazirinin müavininin qətlinin üstü açılıb.

Yenixeber.org: Bu barədə Ermənistan KİV İstintaq Komitəsinə istinadən məlumat yayıb.

Ermənistan İstintaq Komitəsi 1998-ci ildə müdafiə nazirinin müavini Vaqram Xorxoruninin qətlinin üstünün açıldığını açıqlayıb, üç nəfər cinayət törətməkdə ittiham olunur.

İstintaqa görə, S.A adlı şəxs iki nəfərə 10 min və 15 min dollar vəd edərək onlar birlikdə təyin olunmuş gündə 1998-ci il dekabrın 10-da Xorxorunini yaşadığı binanın girişdə güllələyiblər.

S.A saxlanılıb.

Erməni Telegram kanalları isə Vaqram Xorxorunini qətlə yetirməkdə təqsirləndirilən şəxslərin cinayəti törətdikləri zaman qondarma “Dağlıq Qarabağ Müdafiə Ordusu”nun hərbçiləri olduğunu yazır.

Xorxoruni 1998-ci il dekabrın 10-na keçən yaşadığı binanın girişində öldürülüb. Faktla bağlı cinayət işi açılıb, Ermənistan Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından əməliyyat-istintaq qrupu yaradılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam