Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək

Misli Premyer Liqasında IX tura bu gün start veriləcək.
Yenixeberorg.az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma baş tutacaq.
İlk olaraq "Araz-Naxçıvan" Şamaxıda "Qəbələ"ni qəbul edəcək. Görüş saat 15:00-da start götürəcək. Qonaqlar 4 xalla 10-cu, Naxçıvan təmsilçisi 2 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Sumqayıt" "Zirə"nin qonağı olacaq. Bu oyun saat 19:00-da başlayacaq. Paytaxt klubu 12 xalla 6-cı, "kimyaçılar" 8 xalla 8-ci yerdədir.
Misli Premyer Liqası
I dövrə, IX tur
23 oktyabr
15:00. "Araz-Naxçıvan" – "Qəbələ"
Hakimlər: Əkbər Əhmədov, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı şəhər stadionu
19:00. "Zirə" – "Sumqayıt"
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İslam Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Zirə İdman Kompleksinin stadionu
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında IX tura oktyabrın 25-də yekun vurulacaq.








AZ
RU