Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

Rusiya ordusunun "Knyaz Poçarski"... -FOTO

"Knyaz Poçarski" strateji sualtı qayığı Rusiya ordusunun sərəncamına verilib.

Yenixeber.org: Rusiya Prezidenti Vladimir Putin təkmilləşdirilmiş 955A "Borey-A" layihəsinə aid olan "Knyaz Poçarski" strateji sualtı qayıq üzərində bayraq qaldırma mərasimində iştirak edib.

Məlumata görə, "Knyaz Poçarski", təkmilləşdirilmiş 955A (Borey-A şifrli) layihəsinin beşinci, ümumilikdə isə "Borey" ailəsinin səkkizinci atom raket daşıyan strateji sualtı qayığı olub.

Gəminin təməli 23 dekabr 2016-cı ildə Severodvinskdəki "Sevmaş" ASC-də qoyulub. 2024-cü il fevralın 3-də isə suya buraxılıb.

Əvvəlcə gəminin 2024-cü ilin sonunda Şimal Donanmasının tərkibinə verilməsi planlaşdırılırdı, lakin həmin ilin dekabr ayının əvvəlində təhvil tarixinin 2025-ci ilə keçirildiyi barədə məlumat yayılıb.

955/955A layihəli sualtı qayıqlar bu günə qədər yaradılmış sonuncu – dördüncü nəsil sualtı qayıqlara aiddir. Bu nəsil atom sualtı qayıqlar üçüncü nəsillə müqayisədə daha səssiz işləyir ki, bu da onları daha ölümcül edir.

955/955A layihəli qayıqların əsas silahı iki sıra şəklində şaquli şaxtalarda yerləşdirilmiş 16 ədəd R-30 "Bulava" ballistik raketidir.

"Bulava" özü Rusiyanın bərk yanacaqlı ballistik raketidir. Ruslar iddia edirlər ki, bu yeni raket kompleksinin 955 layihəli qayıqlara yerləşdirilməsi Rusiyanın nüvə triadasındakı dəyişmiş qüvvələr balansını bərpa edəcək.

Lakin bəzi ekspertlərin fikrincə, dəniz bazalı maye yanacaqlı raketlərin "Bulava" ilə əvəz edilməsi buraxılış çəkisinin azalması səbəbilə nüvə caydırıcılıq potensialını azalda bilər.

Qeyd etmək lazımdır ki, "Bulava" raketinin çoxsaylı sınaq buraxılışları uğursuz olmuşdu, baxmayaraq ki, sonradan ruslar bu raketin etibarlılığını müəyyən qədər artırmağa nail olublar.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam