Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

Şam rəhbərliyi Paris görüşmələrinə qatılmayacaq -SƏBƏB

2018/04/208_1523471355.jpg
Suriyada “Dayanıqlı İnkişaf Məqsədləri” adını daşıyan qrum SDQ-nın (Sustainable Development Goals) nəzarəti altındakı Hasekədə “özünüidarə” məsələsinin müzakirə olunduğu konfransdan sonra Şam rəhbərliyi Paris görüşmələrinin növbəti raunduna qatılmayacağını açıqlayıb.

Yenixeber.org: Mütəxəssislərin hesabına görə, SDQ-nin 10 Mart Razılaşmasının tələblərini yerinə yetirməməsi hərbi müdaxilə ehtimalını ön plana çıxarıb.

                          Görüşmə ləğv edilib

Sözü gedən konfransın yekun bəyannaməsində “mərkəzləşdirilmiş dövlət əvəzinə mərkəzləşməyən bir sistemin qurulması” çağırışı yer alıb. Şam rəhbərliyi bu təşəbbüsə etiraz edib. Suriya rəsmi xəbər agentliyi SANA-ya danışan bir hökumət rəsmisi bildirib ki, danışıqların “qanuni ünvanı” Şamdır və ölkənin şimal-şərqindəki inkişaflar milli iradəni təmsil etmir. Bu səbəbdən də onlar Parisdə SDQ ilə yeni görüşlərə qatılmayacaqlarını bəyan ediblər.

Rəsmilər dövlətin quruluşuna dair hər hansı vizyonun zorla qəbul etdirilməsini qətiyyətlə rədd etdiklərini, bu quruluşun yalnız daimi konstitusiya və bütün suriyalıların iştirakı ilə keçiriləcək referendum yolu ilə müəyyən edilə biləcəyini vurğulayıblar. Hökumət nümayəndəsi konfransın “Qəndildən təlimat alan radikal kürd hərəkatlarının suriyalı ərəblərə qarşı apardığı sistemli demoqrafik dəyişiklik siyasətlərinə bir örtük” olduğunu bildirib.(“Milliyet”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam