Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Xərçəngə qarşı şok inqilab:Yeni immunterapiya metastazları məhv etdi

Alimlər xərçəngin müalicəsində ciddi dönüş yarada biləcək eksperimental nəticələr açıqlayıblar.

Yenixeber.org: Tədqiqatçılar CAR-T immunterapiyasının yeni və qeyri-adi mexanizmə əsaslanan variantını sınaqdan keçiriblər.

Doklinik təcrübələr zamanı bu üsul ağciyər və yumurtalıq xərçəngi olan siçanların bir hissəsində metastazlarla birlikdə şişləri tamamilə məhv edib. Metodun əsas fərqi onun “Troya atı” prinsipi ilə işləməsidir: CAR-T hüceyrələri xərçəngə birbaşa hücum etmir, əksinə, adətən şişi qoruyan immun hüceyrələri yenidən proqramlaşdıraraq onları şişin özünə qarşı çevirir.

Bu yanaşma nəticəsində təcrübədə iştirak edən heyvanların ömür uzunluğu əhəmiyyətli dərəcədə artıb, bir çoxunda isə şişlər tamamilə yox olub. Diqqətçəkən məqam odur ki, müsbət nəticələr aşağı dozada hüceyrə tətbiqi və ağır tibbi hazırlıq olmadan əldə edilib.

Qeyd edək ki, araşdırma hələlik yalnız heyvanlar üzərində aparılıb. İnsanlar üzərində klinik sınaqlar keçirilməyib və metodun təhlükəsizliyi ilə effektivliyi əlavə elmi yoxlamalar tələb edir.

Bununla belə, bu, son illərdə xərçənglə mübarizə sahəsində ən ümidverici elmi xəbərlərdən biri kimi qiymətləndirilir.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam