Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

1,5 milyardlıq əmlak müsadirə olunacaq...

Vəzifəli şəxslərin 1,5 milyardlıq əmlakı müsadirə olunacaq

Ermənistan Prokurorluğu keçmiş yüksək vəzifəli məmurların 1,57 milyard dollarlıq aktivlərinin müsadirə edilməsini tələb edir.

Yenixeber.org: Yerli KİV-lər xəbər verir ki, Ermənistan məhkəmələri keçmiş prezident Robert Koçaryan, keçmiş İrəvan meri Qaqik Beqlaryan, keçmiş deputat Qaqik Tsarukyan, Vergi Komitəsinin keçmiş rəhbəri Qaqik Xaçatryan, keçmiş polis rəisi Vladimir Qasparyan, keçmiş xüsusi tapşırıqlar üzrə səfir Lev Sarkisyan və digərləri də daxil olmaqla keçmiş məmurlara və onların ailə üzvlərinə qarşı qanunsuz əldə edilmiş aktivlərin geri qaytarılmasını tələb edən 155 iddiaya baxır.

Baş prokurorunun müavini Edqar Arsenyanın sözlərinə görə, bütün bu iddialarda tələb olunan ümumi məbləğ 595,8 milyard dram (təxminən 1,57 milyard dollar) təşkil edir. Prokurorluq 324 daşınar obyektin, 1463 daşınmaz əmlak obyektinin, 440 hüquqi şəxsdəki səhmlərin, eləcə də pul ifadəsində 518,4 milyard dramın dövlətə qaytarılmasını tələb edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam