Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Süleyman Mikayılov adı çəkilməsin deyə tapşırıq verib, kömək vəd edibmiş?

suleyman-mikayilov-adi-cekilmesin-deye-tapsiriq-verib-komek-ved-edibmis

Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov vəzifəsindən azad edilib.

Yenixeber.org: Onun işdən çıxarılmasına səbəb son dövrlər adı bir sıra cinayət işlərində hallanan proseslərlə bağlı olub.

Bir müddət əvvəl icra başçısının müavinləri və digər bəzi rəsmi şəxslər barəsində hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanıb və onlar həbs ediliblər. Həmin vaxt Süleyman Mikayılovun saxlanılan şəxslərə istintaq prosesində onun adının çəkilməməsi ilə bağlı tapşırıq verdiyi, eyni zamanda onların ev dustaqlığına buraxılmasına kömək edəcəyinə söz verdiyi iddia olunur.

Lakin müəyyən müddət keçməsinə baxmayaraq, vəd edilən addımların atılmadığı bildirilir. Bundan sonra həbs olunan şəxslərin aidiyyəti üzrə - o cümlədən prokurorluq orqanlarına müraciət edərək, baş verənlərlə bağlı şikayət etdikləri qeyd olunur.

Məhz bu müraciətlərdən sonra aparılan araşdırmalar zamanı Süleyman Mikayılovun adının prosesdə hallandığı və bunun da onun vəzifədən azad edilməsinə səbəb olduğu bildirilir.(“Unikal”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam