Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

"Əbu-Dabi görüşündə atəşkəs rejiminin həyata keçirilməsi müzakirə olunub"

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff

ABŞ, Rusiya və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda atəşkəs rejiminin həyata keçirilməsi yolları müzakirə edilib.
Yenixeber.org: Bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff "X" hesabında məlumat yayıb.

Onun sözlərinə görə, görüş konstruktiv keçib və iştirakçılar dayanıqlı sülh üçün şəraitin yaradılmasına fokuslanıblar.

“İki gün ərzində nümayəndə heyətləri açıq qalan məsələlər üzrə geniş müzakirələr aparıb. Bunlara atəşkəsin təmin olunması və hərbi fəaliyyətin dayandırılmasına nəzarət mexanizmləri də daxildir”, – deyə Uitkoff qeyd edib.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi əlavə edib ki, müzakirələrin yaxın həftələrdə davam etdirilməsi planlaşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam