Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Bu da "dostlarımız"ın bizə bayram hədiyyəsi:Növbə Yenixeber.org-a çatdı...

İnanmaq istəyirəm ki, nəhayət İlham Əliyev, hakimiyyətinin media siyasətinin icrasına məsul şəxslərə "DUR" deyib də, layiq olduqları yerdə oturdacaq..

Yenixeberorg.com mediatvaz.com-a istinadla xəbər verir ki, bu haqda baş redaktor İlqar Salmanov özünün FB səhifəsində yazıb:
Gözlənilən idi... Aylardır ki, Yenixeber.org olaraq QHT-lərə Dövlət Dəstəyi Agentliyinin "özfəaliyyəti" ilə bağlı araşdırma aparır, "göz deşən" faktlarla məlumatları tirajlayırdıq. Və aidiyyatı dövlət orqanlarını da bu faktları araşdırmağa səslənirdik. Hələ bu harasıdır, daha da, kəskin cavablarla qarşılaşacağımız deyilmişdir...
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Medianın İnkişafı Agentliyi eyni mənbədən, bir şəxs - Hikmət Hacıyev tərəfindən kurasiya edilir. (Yeri gəlmişkən, həm QHT sektorunun, həm də Medianın halına 5-6 uzuntuman arvad lazımdır ki, ağlaşma qursun. Bu başqa yazının mövzusu olacaq.)
Xüsusi ilə son zamanlar online media resurslarına qarşı bu "səlib yürüşü" böyük siyasi ambisiyalarla çabalayan çetənin de-fakto İlham Əliyev hakimiyyətinə düşmənçiliyi, arxadan vurduğu zərbələrdir...Bu qədər bəsit, bu qədər sadə. (Bu haqda geniş yazım və çıxışım olacaq.)
Artıq heç də az müddət olmayacaq qeyri-iş günləri başlayır...
Bu səbəbdən də, dövlət başçısı başda olmaqla, aidiyyatı yüksək çinlilərə müraciətim ilk iş günündə olacaq. İnanmaq istəyirəm ki, nəhayət İlham Əliyev, hakimiyyətinin media siyasətinin icrasına məsul şəxslərə "DUR" deyib də, layiq olduqları yerdə oturdacaq...
Və Yenixeber.org-un da fəaliyyəti bərpa ediləcək.
Hələlik isə https://yenixeberorg.az/ domeni üzərindən fəaliyyətimizi davam etdiririk.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam