Yenixeberorg.biz: Bu barədə Ukrayna ordusunun Baş Qərargahının “Facebook”da yaydığı açıqlamada deyilir.
Baş Qərargahın məlumatına görə, Moskva neft emalı zavodunun vurulmasından sonra Rusiyanın neft emalı sənayesinin layihə güclərinin 45%-dən çoxu fəaliyyətini dayandırıb.
“Bunun nəticələrindən biri kimi Rusiyada keyfiyyətli yanacaq qıtlığı yaranıb. O cümlədən Euro-5/K5 standartlarına uyğun benzin və dizel yanacağının istehsal həcmlərində kəskin azalma müşahidə olunur”, - məlumatda bildirilib.
Ukrayna ordusunun Rusiyanın neft emalı sənayesinə zərbələri davam etdirdiyi qeyd olunub.









AZ
RU
