Redaktor seçimi
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Günün xəbəri

Bu Avropa ölkələri Ukraynaya pul ayırmaq istəmir -SİYAHI

Üç Avropa ölkəsi artıq Ukraynaya pul ayırmaq istəmir

Ukrayna 2027-ci ildə əlavə olaraq 70 milyard avro yardım cəlb etməyi planlaşdırır. Bu məbləğin təxminən 25 milyard avrosunu Avropa İttifaqına daxil olmayan tərəfdaşların, o cümlədən Kanada və Yaponiyanın ayıracağı gözlənilir.

Yenixeberorg.az: Avropa ölkələri isə Kiyevə 45 milyard avroyadək kredit verilməsi məsələsini müzakirə edirlər. Lakin bu vəsaitlər üzrə maliyyə zəmanətləri məsələsi hələ də həll olunmayıb.

Macarıstan, Çexiya və Slovakiya Ukraynaya ayrılması nəzərdə tutulan yeni Aİ krediti üzrə maliyyə zəmanətləri öhdəliyindən azad edilmələrini tələb ediblər. Məlumata görə, bu üç ölkə kreditlə bağlı öhdəliklərdən istisna olunmaqda israr edir. Beləliklə, onlar vəsaitin geri qaytarılmasına görə məsuliyyət daşımaq istəmirlər.

Berlinin reaksiyası sərt olub. Almaniyalı diplomat üç ölkənin tələbini absurd adlandırıb. O, Kiyevə maliyyə dəstəyində iştirak etmək istəməyən bu ölkələrin eyni zamanda regional inkişaf fondlarından daha çox vəsait əldə etməyə çalışmasına diqqət çəkib.

Diplomatın fikrincə, belə mövqe Avropa İttifaqının büdcəsinin real imkanlarını nəzərə almır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam