Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

"Rusiyanın daha uzaq bölgələrinə zərbələr endirəcəyik"

Zelenski Rusiyanın daha uzaq bölgələrinə zərbələr endiriləcəyini açıqlayıb
Ukrayna Rusiyanın daha dərin ərazilərində uzaqmənzilli zərbələr endirmək üçün əsas istiqamətləri müəyyənləşdirib.

Yenixeberorg.az: Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib.

Onun sözlərinə görə, Ukraynanın zərbə imkanları artıq Rusiyanın Yamal bölgəsindən Qərbi Sibirədək uzanan ərazilərindəki obyektləri əhatə edir. Kiyev dron və raketlərlə Rusiyanın daha uzaq bölgələrinə zərbələr endirmək imkanlarını genişləndirməyi planlaşdırır.

Zelenski bildirib ki, uzaqmənzilli zərbə imkanlarının artırılması Ukraynanın müharibə dövründə müstəqilliyinin qorunması və gələcək təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri bundan əvvəl Rusiyanın Samara vilayətindəki Novokuybışevsk neft emalı zavoduna FP-1 dronları ilə zərbə endirib. Zavodun illik neft emalı gücü 8,8 milyon ton təşkil edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam