ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini dekabrda Mayami yaxınlığında keçiriləcək G20 sammitinə dəvət etmək niyyətində olduğunu açıqlayıb.
Yenixeberorg.az: Tramp bu barədə Floridadakı Mar-a-Laqo iqamətgahında jurnalistlərə bildirib.
Zelenskinin sammitə dəvət olunub-olunmayacağı ilə bağlı suala ABŞ Prezidenti müsbət cavab verib.
“Bəli, bunda heç bir problem yoxdur”, – o deyib.
Tramp, həmçinin Rusiya ilə Ukrayna arasındakı müharibənin yaxın gələcəkdə başa çatacağına inandığını bildirib.
“Mən hesab edirəm ki, Ukrayna ilə Rusiya arasındakı müharibə o qədər də uzaq olmayan gələcəkdə başa çatacaq”, – ABŞ lideri vurğulayıb.









AZ
RU
