SEPAH: Hörmüz boğazında dörd tanker minaya düşüb
Hörmüz boğazı yaxınlığında azı dörd tanker minaya düşüb.
Yenixeberorg.az: Bu barədə İranın "Tasnim" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən xəbər verib.
"Hörmüz boğazının cənubundakı qadağan olunmuş ərazidən keçməyə çalışan dörd pozucu tanker dəniz minalarına düşüb və məhv edilib; hazırda onlar alov içindədir. Daha iki pozucu gəmi ələ keçirilib və dayandırılıb", - məlumatda deyilir.
Hərbçilər həmçinin SEPAH-ın hava hücumundan müdafiə qüvvələrinin Hörmüz boğazı üzərində 56-cı MQ9 pilotsuz uçuş aparatını vurduğunu bildiriblər.
Paylaşımda vurulan pilotsuz uçuş aparatının hansı ölkəyə məxsus olduğu dəqiqləşdirilməyib.









AZ
RU
