Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Yüz minlərlə insanın etirazlara qoşulacağı gözlənilir -FRANSADA


Fransada məktəblərdəki vəziyyətə və gənclərin gələcəyi ilə bağlı qeyri-müəyyənliyə etiraz olaraq keçirilən aksiyalar fonunda ölkə üzrə təhlükəsizlik tədbirləri gücləndirilib.

Yenixeberorg.az: Hökumət mümkün iğtişaşların qarşısını almaq məqsədilə ölkə ərazisində 70 min polis əməkdaşı səfərbər edib və bu gün ölkə üzrə yüz minlərlə insanın etirazlara çıxacağı gözlənilir.

Fransa Təhsil Nazirliyinin açıqlamasına əsasən, dövlət ibtidai məktəblərində çalışan müəllimlərin 17,5 faizinin bugünkü tətilə qoşulacağı ehtimal edilir.

Etirazlarda iştirak edən tələbələr məktəblərdəki şəraitin pisləşməsinə və gənclərin gələcək imkanları ilə bağlı narahatlıqlara diqqət çəkirlər.

Hökumət sözçüsü Maud Brejon bildirib ki, hakimiyyət bu dəfə mümkün insidentlərin qarşısını almaq üçün son dərəcə diqqətlidir.

Təhlükəsizlik tədbirləri çərçivəsində Parisdə həmkarlar ittifaqlarının təklif etdiyi yürüş marşrutu da dəyişdirilib. Hakimiyyət ilkin marşrut əvəzinə alternativ istiqaməti təsdiqləyib.

Bununla yanaşı, həmkarlar ittifaqları və insan hüquqları təşkilatları hökumətin məhdudiyyətlərini tənqid edərək polis qüvvələrinin davranışını həddindən artıq sərt adlandırıblar. Fransız polisi nümayişçilərə qarşı güc tətbiq etməkdə də ittiham olunur.

Hökumət isə mümkün hüquq pozuntularının araşdırılacağını bəyan edib.

İndiyə qədər keçirilən etirazlarda 2700-dən çox insan həbs edilib.(“France 24”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam