Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Putinin "Qiyamət günü" silahının əsl məqsədi açıqlandı-NATO-nu dağıdacaq, bütöv Qitəni məhv edəcək...

 

Rusiyanın “Poseydon” strateji sualtı aparatının əsl məqsədi NATO-nu hərbi alyans kimi dağıtmaqdır. Belə qənaətlə ABŞ-ın “Business İnsider” nəşri çıxış edib.

Yenixeber.org: Ekspertlərin sözlərinə görə, “Qiyamət günü” torpedosu da adlandırılan “Poseydon” sualtı aparatı bütöv qitəni məhv etməyə qadirdir. Və bu silahın işlənib hazırlanmasında məqsəd Birləşmiş Ştatları gələcəkdə Rusiyanın NATO ölkələrinə hərbi müdaxiləsinə cavab vermək niyyətindən daşındırmaqdır.

Amerika mütəxəssisləri hesab edirlər ki, Rusiya bu aparatları hətta nüvə zərbələri ilə tam məhv edilməsi halında da buraxa bilər. Ona görə də ABŞ hakimiyyəti heç vaxt istəməz ki, sahilyanı ərazilərini və sularını sualtı torpedonun yaratdığı güclü radiasiyanın təsirinə məruz qoysun. Hansı ki, ABŞ-ın bu silahı dəf etmək üçün heç bir vasitəsi yoxdur və bu baxımdam Vaşinqton Estoniya kimi kiçik NATO ölkəsini Moskvanın cəngindən xilas etməyə risk etməyəcək.

Pilotsuz “Poseydon” çoxməqsədli okean sualtı aparatları atom sualtı qayıqlarında yerləşdiriləcək. Bu aparatlar nüvə yanacağı ilə işləyən mühərriklə təchiz olunub, güclü nüvə başlığı daşıya bilir və okeanın 1 kilometrdən də çox dərinliyində saatda 200 kilometr sürətlə, manevrlər etməklə hədəfə doğru şütüyür. Hazırda heç bir sualtı torpedo bu cür yüksək sürətə malik deyil. Rusiya Müdafiə Nazirliyi dörd atom sualtı qayığında yerləşdirilməklə cəmi 32 “Poseydon” sifariş verib.

Bu silahın işə düşməsi nətiəsində nəhəng okean dalğaları yarana və düşmənin sahilboyu infrastrukturu, şəhərləri su altında qalaraq məhv ola bilər. Habelə silahın tətbiqi nətiəsində güclü radiasiya da yaranacaq ki, bu da bütöv qitədə həyatı məhv edə bilər.

“Poseydon” sualtı aparatının mövcudluğunu ilk dəfə ötən ilin martında prezident Vladimir Putin elan edib.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam