Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Nazirlər növbə ilə YAP qərargahına yollanacaq-Ənənəvi mətbuat konfransları

 

Yeni Azərbaycan Partiyasının İcra Katibliyi partiyanın mənzil qərargahında keçirilən ənənəvi mətbuat konfranslarının bərpası haqda qərar qəbul edib.

Yenixeber.org: Bu barədə hakim partiyanın mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Məlumata əsasən layihənin məqsədi prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurları, cəmiyyət həyatının bütün sahələrini əhatə edən “möhtəşəm islahatlar”, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan məqsədyönlü addımlar haqqında Azərbaycan vətəndaşlarına daha mötəbər, operativ və dolğun informasiyanın çatdırılmasıdır.

Layihə çərçivəsində bütün dövlət və hökumət qurumlarının rəhbərlərinin iştirakı ilə YAP İcra Katibliyində mətbuat konfranslarının keçirilməsi nəzərdə tutulur.Sentyabrın 10 –da ilk mətbuat konfransı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, nazirlərin və digər yüksək vəzifəli şəxslərin YAP qərargahında hesabat xarakterli mətbuat konfransları keçirməsi ənənəsi ötən əsrin 90-cı illərinin sonlarında, 2000-ci illərin əvvəllərində mövcud idi. Bu mətbuat konfransları bütün KİV-lər üçün açıq olurdu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam