Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Moskva Türkiyənin PKK əməliyyatlarına qarşı

 

Rusiya Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda PKK terror təşkilatına qarşı həyata keçirdiyi hava əməliyyatlarına qarşı çıxıb.

 "Xeberinfo.com":   Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın baş naziri Dmitri Medvedev Misirin “Əl-Ahram” qəzetinə müsahibəsində PKK-nın İraq torpaqlarındakı mövqelərinin bombalanmasının hüquqilik baxımından şübhəli olduğunu deyib.

 

O, Türkiyənin PKK-ya qarşı hərbi əməliyyatları ilə Vaşinqtonun bölgədəki hərbi hərəkətləri arasında əlaqə qurub: “Koalisiya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərarı olmadan yaradılıb. Koalisiya Suriya torpaqlarında da Dəməşqin razılığını almadan fəaliyyət göstərir. Türkiyə hərbi təyyarələri isə Şimali İraqda hava əməliyyatları təşkil edir. Bu cür əməliyyatlar hüquqilik baxımından ciddi şübhələr oyandırır“.

 

Suriya və İraqın İŞİD-lə mübarizədə çətin günlər yaşadığını deyən Medvedevin sözlərinə görə, terrorçuluqla mübarizə üçün Birləşmiş Millətlər Təşkilatının çətiri altında maksimum sayda ölkələrin gücləri birləşdirilməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam