Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Valyutada beynəlxalq ehtiyatlar kəskin şəkildə azalır"

 

"Bu ilin 6 aylıq yekunlarına görə, depozitlərin 72,4 faizi banklara dollarla yerləşdirilib və ötən ilin müvafiq dövrü ilə müqayisədə valyutada beynəlxalq ehtiyatlar yarıbayarı azalıb. Bu hesablamalar Mərkəzi Bankın açıqladığı statistik məlumatlar əsasında aparılıb. Hər iki göstərici kapital bazarında manatın mövqeyinin xeyli zəifləməsini və rəsmi ehtiyat aktivlərinin sürətlə azalmasını isbat edir. Hər iki qərarlaşmış tendensiya Azərbaycan iqtisadiyyatı üçün yaxşı perspektiv vəd eləmir". 
"Xeberinfo.com":   Məlumata görə, bu sözləri iqtisad elmləri doktoru Qubad İbadoğlu özünün "Facebook" hesabında yazıb.
"Birincisi, iqtisadiyyatın dollarlaşması ilə onun xarici faktorlardan asılılığını və ölkədən kapital axınını gücləndirir. İkincisi isə Mərkəzi Bankın manevr imkanlarını getdikcə məhdudlaşdırmaqla orta müddətli dövrdə milli valyutanın gələcəyini tutqun göstərir. Vəziyyətdən çıxış yolu valyuta bazarının liberallaşdırılması və rəqabətli investisiya mühitinin dəstəklənməsidir. Hazırkı dövrdə yeganə alternativ iqtisadi azadlıq və sağlam rəqabətin, açıq və korrupsiyasız xarici ticarətin, rasional fiskal siyasətin bazasında qurulan iqtisadi reformalardadır. Odur ki, hökumət ilk növbədə inhisarçılığa və korrupsiya qarşı mübarizəni gücləndirməklə iqtisadiyyatın diversifikasiyasına və liberallaşdırılmasına, bununla da əlavə maliyyə qaynaqlarını formalaşdırılmasına səy göstərməlidir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam