Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Ölkəni məzənnə siyasətində Türkmənistana çevirmək olmaz, bu, təhlükəlidir” -EKSPERT

natiq-ceferli

 

“Mərkəzi Bankın 2017-ci ildəki ilk valyuta hərracı göstərdi ki, o, hər hərracda tələbdən dəfələrlə az valyuta çıxartmaqda israrlıdır”.

Xeberinfo.com:  Mərkəzi Bankın(MB) 2017-ci ildəki ilk hərracının nəticələrini Azadlıq radiosuna şərh edən iqtisadçı Natiq Cəfərli belə deyib. Ekspertin fikrincə, bu addım «qara bazar»ı təşviq edəcək, rəsmi məzənnə əhəmiyyətini itirəcək.

SƏRBƏST VALYUTA ALIŞ-SATIŞI BƏRPA EDİLMƏLİDİR, YOXSA…

“MB-nin əsas vəzifəsi sərbəst valyuta alış-satışını bərpa etmək olmalıdır. Yoxsa, qiymətlər daha sürətlə artacaq, mağazalar, apteklər getdikcə boşalacaq, olan-qalan investorlar da ölkədən qaçıb gedəcək, rəsmi məzənnə ilə real məzənnə arasında fərq böyüyəcək”, – iqtisadçı bildirib.

N.Cəfərli həmçinin, Mərkəzi Bankın ən qısa zamanda məzənnə marjasını dəyişməli olduğunu vurğulayıb.

4 FAİZLİK MARJA LƏĞV EDİLMƏLİDİR

“Mərkəzi Bank 4 faizlik, artıq mənasını itirmiş məzənnə marjasını ləğv etməlidir. Banklara sərbəstlik verməli, valyutadəyişmə məntəqələrinin yenidən açılmasına şərait yaratmalıdır. Başqa yol yoxdur, ölkəni məzənnə siyasətində Türkmənistana, Özbəkistana çevirmək olmaz, bu, daha təhlükəlidir”, – deyə N.Cəfərli hesab edir.

Bu gün, yanvarın 5-də keçirilən ilk valyuta hərracında dolların məzənnəsi 1.7707-dan 1.7742 manata qədər artıb.

Əksər kommersiya bankları isə, ötən ilin sonlarında olduğu kimi, dollar satışından imtina edib. Yalnız bir neçə bank limitlə dollar satır. Kommersiya bankları bir dolları hazırda 1 manat 84 qəpiyə alırlar. Dolların satış qiyməti bundan cüzi yüksəkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam