Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Gürcüstan hökuməti - dərin dəniz limanının inşası üçün yeni investor axtarır

“Gürcüstan hökuməti Anaklia dərin dəniz limanının tikintisi üçün yeni investor axtarır”.

Yenixeber.org: Bunu Gürcüstan baş nazirinin müavini, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili bildirib.

Onun sözlərinə görə, Gürcüstana dərin dəniz limanı lazımdır: “Anaklia limanı ölkənin iqtisadi təhlükəsizliyi və ölkənin potensialının tam reallaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Liman layihəsi investorlara deyil, dövlətə məxsusdur. Gürcüstan dövləti bu layihənin həyata keçirilməsi təşəbbüsünü hələ 2014-cü ildə irəli sürüb. Liman 2020-ci ilin sonunda istifadəyə verilməli idi, lakin sazişdə qeyd olunan müddət başa çatandan sonra gözlənilən nəticə əldə olunmadı. Bu, konkret investorla müqavilənin dayandırılmasının səbəbi olub”.

Nazir qeyd edib ki, Gürcüstanda dərin dəniz limanına ehtiyac olduğundan hökumət layihənin tez bir zamanda həyata keçirilməsi üçün yeni tərəfdaş axtarmağa başlayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam