Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Xalq artisti Faiq Sücəddinovun 76 yaşı tamam olur -BU GÜN

Azərbaycanın xalq artisti, tanınmış bəstəkar Faiq Sücəddinovun 76 yaşı tamam olur.

Yenixeber.org: Faiq Miri oğlu Sücəddinov 14 iyun 1947-ci ildə Gəncə şəhərində anadan olub. 1965-ci ildə Faiq Sücəddinov Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsinə daxil olub. 1969-cu ildə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Estrada Orkestrinin rəhbəri Tofiq Əhmədovun dəvəti ilə orkestrdə çalışmağa başlayıb. 1970-ci illərdə isə bəstəkar Estrada Orkestrində fəaliyyətini dayandırıb və Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsilini davam etdirib.

O, 1977-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsinə qəbul olunub, 1981-ci ildə isə həmin fakültədən məzun olub. Faiq Sücəddinov 2000-ci illərdə bir müddət Türkiyədə və Kiprdə yaşayıb, fəaliyyət göstərib.

Əsərləri arasında piano və simfonik orkestr üçün konsert (1990), simli kvartet (1991), piano və kamera orkestri üçün konsert (1992), kamera orkestri üçün skertso (1993), xor və simfonik orkestr üçün “Atatürk” odası (1994), müxtəlif tərkibli ansambllar üçün caz kompozisiyaları (1996) var.

2006-cı ildən Azərbaycan Respublikasının xalq artistidir, 2007-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.

Bəstəkar 14 sentyabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam