Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiyadakı səfirliyimizdən növbəti RƏZALƏT – Minlərlə soydaşımız Moskvada əsir-yesir qalıb –VİDEO

Koronavirus pandemiyasının tüğyan etdiyi Rusiyadan Azərbaycana qayıtmaq istəyən minlərlə həmyerlimiz Bakıdan dəstək gözləyir.

Yenixeber.org: Müxtəlif səbəblərdən vaxtilə Rusiyada məskunlaşan, indi isə vətənə qayıtmaq istəyən soydaşlarımız çıxılmaz vəziyyətə düşüblər.

Redaksiyamıza daxil olan məlumata görə, yaranmış gərginliyə baxmayaraq, Rusiyadakı səfirliyimiz qapılarını kömək üçün oraya üz tutan həmyerlilərimizin üzünə bağlamaqla, onlara heç bir yardım göstərmir. Səfirliyin rəhbərliyi soydaşlarımızın nə Rusiyada qalmaları, nə də rahatlıqla Azərbaycana qayıda bilmələri üçün əlini ağdan-qaraya vurmur.

Bu azmış kimi, səfirlik əməkdaşları ilə əlbir olan bəzi işbazlar Azərbaycana dönmək istəyən soydaşlarımızdan sənədlərinin qaydaya salınması 7 min 500 rubl pul tələb edərək, əməlli-başlı bazar açıblar. Həmyerlilərimiz bununla bağlı səfirliyə şikayət etsələr də, onların sözünə məhəl qoyulmayıb./Yenicag.az/

Mövzuya aid videomaterialı təqdim edirik:

Səxavət Məmməd


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam