Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ERMƏNİSTAN LAÇIN DƏHLİZİNDƏN ÖZÜNÜN CILIZ OYUNLARI ÜÇÜN İSTİFADƏ EDİR - “Caliber”in növbəti təhlili + VİDEO

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan yanvarın beşində Dağlıq Qarabağda olub və özünü qondarma qurumun başçıları elan edən şəxslərlə görüşüb.

Yenixeber.org: Bu barədə “Caliber” layihəsinin hazırladığı növbəti təhlildə deyilir. Məlumata görə, video-təhlil layihənin “YouTube” kanalında yerləşdirilib.

Hələ bir neçə ay bundan əvvəl oxşar xəbər, yumşaq desək, təəccüb doğurmazdı. Belə ki, Ermənistan rəsmiləri mütəmadi olaraq separatçı rejimlə əlaqədə olub, baxmayaraq ki, bütün dünyada olduğu kimi, bu qondarma təsisatı rəsmi olaraq qəbul etməyib.

Lakin bu gün başqa ölkəni təmsil edən rəsmi şəxslərin rəsmi Bakının icazəsi olmadan Qarabağa səfər etməsi, ilk növbədə Azərbyacan, Rusiya və Ermənistanın imzaladığı birgə bəyanatın kobud pozulmasıdır.

Tərəflər Ermənistanla Dağlıq Qarabağ arsında əlaqənin təmin edən Laçın dəhlizini istisnasız olaraq yalnız humanitar məqsədlərlə istifadə ermək öhdəliyini götürüb.

Təhlildə qeyd olunur ki, Azərbaycan heç zaman dəhlizin yuxarıda qeyd olunan məqsədlər üçün istifadə edilməsinə mane olmayıb və öz üzərinə götürdüyü öhdəlikləri dürüst yerinə yetirib.

Lakin İrəvan bu dəhlizi özünün cılız siyasi oyunları üçün istifadə etmək qərarına gəlib və oraya XİN başçısını göndərib.

 

 
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam