Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Türkiyə PUA-ları Qarabağda kritik rol oynadı” –Mücahid Ənvər Xan

Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı (ordu generalı) Mücahid Ənvər Xan Azərbaycanın  Qarabağda qazandığı qələbədə Türkiyənin istehsal etiyi pilotsuz döyüş sistemlərinin kritik rol oynadığını bildirib.

Yenixeber.org: Marşal Ənvər Xan bu haqda Türkiyədə səfərdə olarkən “Anadolu” agentliyinə müsahibəsində danışıb.

Mücahid Ənvər Xan bundan əvvəl Azərbaycanda səfərdə olub və iki ölkə hərbi hava qüvvələri arasında əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və pilotların hazırlanması kimi mühüm mövzulara danışıqlar aparıb.

Pakistan HHQ komandanı deyib ki, Türkiyəni “İkinci evi” hesab edir. “Biz əsasən bir millət, iki dövlətik”,-o bildirib. Mücahid Ənvər Xan vurğulayıb ki, Türkiyə ilə Pakistan arasında münasibətlər misilsiz olmaqla bərabər dünyada qibtə doğurur. Və bu münasibətlər gələcək nəsillərə ötürülməlidir.

Komandan Türkiyə və Pakistanın bölgədə, xüsusən də müsəlman ölkələr üçün stabillik, sülh və rifah yaratmağa yönəlmiş ortaq viziyonunun olduğunu deyib. Mücahid Ənvər Xan əlavə edib ki, Türkiyənin Azərbaycana verdiyi dəstək də bunun açıq göstəricisidir.

“Müdafiə sahəsində Türkiyə ilə Pakistan arasında artmaqda olan iş birliyini də məmuniyyətlə qarşılayıram. Nümunəvi münasibətlər formalaşdırdıq”,-Pakistan marşalı bildirib.

Mücahid Ənvər Xan Türkiyənin hərbi sənayedə mühüm irəliləmələr əldə etdiyini də deyib. O, Türkiyənin istehsal etdiyi pilotsuz təyyarələrin Azərbaycanın Qarabağda əldə etdiyi qələbədə kritik rol oynadığını da vurğulayıb. Ənvər Xan deyib ki, Pakistanda da müdafiə sənayesində önəmli nailiyyətlər əldə edilib və iki ölkə bu sahədə əməkdaşlığı dərinləşdirməlidir.

Xatırladaq ki, Azərbaycan bir neçə ildir Pakistandan JF-17 “Thunder” (Block III) qırıcılarını almaq barədə müzakirələr aparır. Bəzi məlumatlara görə tərəflər artıq anlaşma əldə ediblər və Pakistan JF-17 qırıcılarında uçmaq üçün azərbaycanlı pilotları hazırlayır.

Qarabağ müharibəsində Türkiyə ilə yanaşı Pakistan da Azərbaycana birmənalı, açıq siyasi dəstək verib. Təsadüfi deyil ki, hələ də Bakı küçələrində bu dəstəyə görə minnətdarlığın ifadəsi olaraq Türkiyə ilə birgə Pakistanın da bayraqları avtomobillərdə, evlərdə və iş yerlərində asılıb.    /konkret.az/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam