Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

SSRİ-yə müqavimət göstərdik, bunu taliblərə də göstərə biləcəyik - Əhməd Məsud

 

SSRİ-yə müqavimət göstərdik, bunu taliblərə də göstərə biləcəyik -  Əhməd Məsud
"Dağlıq Pəncşir əyaləti taliblərə təslim olmayacaq. Onun sakinləri müavimət göstərməyə hazırdır".
Yenixeber.org: Bunu Talibanın nəzarətində olmayan Pəncşir əyalətindəki müqavimətçilərin lideri Əhməd Məsud deyib.

-Pəncşir "Taliban"a təslim olmayacaq ... Əgər onlar Pəncşir üzərində nəzarəti qurmağa çalışsalar, biz müqavimət göstərməyə hazırıq. SSRİ -yə müqavimət göstərdik, bunu taliblərə də göstərə biləcəyik, - deyə Məsud Əl-Ərəbiyyə telekanalına müsahibəsində bildirib. O, əlavə edib ki, "Taliban" nümayəndələri müqavimətçilərlə danışıqları rədd ediblər.

-"Taliban" savaşı bitirmək üçün dialoqu rədd etdi ... Biz Əfqanıstanda müharibəni bitirmək və dialoqa getmək istəyirik ... Belə davranmağa davam etsələr, "Taliban"ın var olması uzun sürməyəcək- müqavimətçilərin lideri bildirib.

Qeyd edək ki, "Taliban" Əhməd Məsuda Pəncşir əyalətinin təslim olması üçün dörd saat vaxt verib. Hərəkat Məsudun və (Əfqanıstanın birinci vitse-prezidenti) Əmrullah Salehin yerləşdiyi əyalətin ələ keçirilməsinə başlamağa hazır olduğunu açıqlayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam