Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

ABŞ Azərbaycan, Türkiyə və Ermənistan arasında daha sürətli nailiyyətin əldə olunmasını istəyir

ABŞ Azərbaycan, Türkiyə və Ermənistan arasında daha sürətli nailiyyətin əldə olunmasını istəyir

Biz regionda sülhün və barışığın əldə olunması üçün istənilən ölkənin konstruktiv rolunu dəstəkləyirik. Türkiyə bunu edir.

Yenixeber.org: Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer brifinqdə bildirib.

O, Türkiyə və Ermənistanın artıq əlaqələrin normallaşması istiqamətində danışıqlara başladığını xatırladıb: “Biz bunu alqışlayırıq və dəstəkləyirik. İstərdik ki, daha sürətli proqress əldə olunsun. Və bunun həmçinin, Azərbaycan və Ermənistan arasında da baş verməsini istərdik. Türkiyə NATO müttəfiqidir və Türkiyənin müxtəlif regionlarda təmasları ilə bağlı rahatlığımız var”.

ABŞ səfiri, Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı narahatlığına da toxunub. Səfir qeyd edib ki, bunu aradan qaldırmağın yolu tərəflər arasında dialoq və kommunikasiyadır:

“Bu üç ölkə artıq dialoqa başlayıb və narazılıqları müzakirə edir. Düşünürəm ki, bu irəliləyişə nail olmağın ən yaxşı yoludur.

Mən NATO-da xidmət etmişəm və danışıqların necə keçdiyini bilirəm. Ölkələrin fikir ayrılığını müzakirə etməsi normaldır, ancaq NATO-da vacib olan əsas element önəmli məsələlərlə bağlı bütün ölkələrin konsensus əldə etməsidir. Mən əminəm ki, bu məsələdə də konsensusa nail olunacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam