Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Suriya münaqişəsinə dair ilk razılaşma əldə olundu

 

Suriya münaqişəsinə dair ilk razılaşma əldə olundu
Suriya münaqişəsinin tərəfləri ilk dəfə olaraq döyüşlərdə həlak olanların cəsədləri və əsir götürülənlərin mübadiləsinə dair razılığa gəliblər.
 Yenixeber.org: Bu barədə Suriya böhranının nizamlanmasına dair Astana formatı çərçivəsində iki gündür davam Soçi görüşlərinin yekun bəyannaməsində deyilir. 

Qeyd olunur ki, Suriyada münaqişə tərəfləri ölənlərin cəsədlərinin və əsirlərin mübadiləsi üçün pilot layihənin həyata keçirilməsinə hazır olduqlarını bildiriblər. 

Sənəddə həmçinin, Suriyada atəşkəsə qarant ölkələr – Rusiya, Türkiyə və İran BMT və digər beynəlxalq təşkilatları Suriyaya humanitar yardımı artırmağa, ərazilərin minalardan təmizlənməsinə, iqtisadi və sosial infrastrukturun bərpasına, qaçqınların öz daimi yaşayış yerlərinə təhlükəsiz şəraitdə qayıtmalarına kömək etməyə çağırıblar. Bəyannamədə Suriyanın yeni konstitusiyasının hazırlanması ilə məşğul olacaq Komissiyanın formalaşdırılması üçün BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturaya hərtərəfli dəstək göstəriləcəyi də qeyd olunub. 

Xatırladaq ki, dünən və bu gün Soçidə Suriya böhranın nizamlanması üzrə Astana formatı çərçivəsində danışıqların 10-cu raundu keçirilib. Görüşlərdə Suriyada atəşkəsə qarant ölkələr – Rusiya, Türkiyə və İran nümayəndə heyətləri, Suriya hökuməti və müxalifətinin nümayəndələri, həmçinin BMT nümayəndələri də iştirak ediblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam